Orbitoil
Orbitoil

Masin.az saytı “AVTO KLUB Azərbaycan”-la əməkdaşlığı daha da gücləndirdi

  • 871
  • 0
  • 5-02-2022, 23:09
Masin.az saytı “AVTO KLUB Azərbaycan”-la əməkdaşlığı daha da gücləndirdi
Grass Azerbaijan

Masin.az saytı “AVTO KLUB Azərbaycan”-la da əməkdaşlığı daha da gücləndirdi. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masin.az saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

"AVTOKLUB AZƏRBAYCAN" Klubu 19 iyun 2017-ci il tarixdə, Gəncə şəhərində, facebook sosial şəbəkəsi üzərində qurulub. Klub, Gəncə şəhərindən idarə olunur. Klubun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğludur. Burada siz, avtomobillərin yaranma tarixi haqqında Azərbaycan dilində ilk dəfə olaraq geniş məqalələr ilə, bu sahədə maarrifləndirmə, YHQ-da, İXM-də edilmiş dəyişikliklər barədə, o cümlədən, Klub rəhbərliyi tərəfindən hazırlanan müxtəlif tarixi, maarrifləndirici videoməlumatlarla tanış ola bilərsiz. 10 yanvar 2019-cu il tarixində klubun daxili qaydalarını tənzimləmək üçün Klub Nizamnaməsi yaradıldı, Nizamnamə 6 maddədən, onların submaddəsindən və sətirlərdən ibarətdir. 2019-cu ilin 27 yanvar tarixində klubun ilk təqdimat çəkilişi, 12 fevral tarixində Türkiyə Respublikasının TV8 İNT kanalına müsahibəsi, 17 mart tarixində Gəncə şəhərində ilk dəfə olaraq Gəncə Grand Qafqaz ticarət kompleksində “RETRO” avtomobillərin sərgisi, 5 aprel tarixində Kəpəz TV-nin canlı efirində və 21 aprel tarixində Gəncə şəhərində ilk dəfə olaraq “nano texnologiyalar” üzrə seminar baş tutdu.

Artıq “AVTO KLUB Azərbaycan” klubunun üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: AVTOKLUB2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

İlk gündən etimad göstərdiyi üçün klubun təsisçisi, araşdırmaçı avtoekspert Natiq bəyə təşəkkür edirik.

Şərhlər