Orbitoil
Orbitoil

Masin.az saytı “Ford Klub Azərbaycan” klubu ilə əməkdaşlığa başladı

  • 389
  • 0
  • 16-04-2022, 21:02
Masin.az saytı “Ford Klub Azərbaycan” klubu ilə əməkdaşlığa başladı
Grass Azerbaijan

Masin.az saytı “Ford Klub Azərbaycan” klubu ilə əməkdaşlığa başladı. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masin.az saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

"Ford Club Azerbaijan" klubu 2017-ci ilin mart ayında Fərid Qasımov tərəfindən yaradılıb. "Ford Club Azerbaijan" klubu Ford sevərləri bir arada tutmaq, yaranmış problemlərin həllində hərkəsə kömək olmaq, Fordu Azərbaycanda dahada sevdirmək məqsədilə yaradılıb. Fordu sürən və sevən hərkəsi grupumuzda görməkdən qurur duyuruq. "Ford Club Azerbaijan" klubu Servisi olan və klub üzvlərinə maksimum kömək edən azsaylı klublardandır. 

Artıq “Ford Klub Azərbaycan” klubunun üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını Masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: FORDKLUB2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

Etimad göstərdiyi üçün klubun administratoru Fərid bəyə təşəkkür edirik.

Şərhlər