Orbitoil
Orbitoil

Masin.az saytı “Motor Oil Azərbaycan” klubu ilə əməkdaşlığa başladı

  • 418
  • 0
  • 15-04-2022, 23:28
Masin.az saytı “Motor Oil Azərbaycan” klubu ilə əməkdaşlığa başladı
Grass Azerbaijan

Masin.az saytı “Motor Oil Azərbaycan” klubu ilə əməkdaşlığa başladı. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masin.az saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

MOTOR OIL qrupunun əsas məqsədi mühərrik yağının seçimində sürücülərimizi avtomobil istehsalçılarının tələb və tövsiyyələri haqqında düzgün maarifləndirmək və onları rəsmi yağ distribütorlarına yönləndirməkdir.

Avtomobillər və mühərrik yağları haqqında maarifləndirici postlar, məlumatlar, video rolik, foto, mətnlər və s. qrupumuzda və həmçinin səhifəmizdə izləyə bilərsiniz. Digər sürücüləri də maarifləndirmək və dostlarını MOTOR OIL qrupa dəvət etmək klub üçün faydalı olacaq.

Artıq “Motor Oil Azərbaycan” klubunun üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını Masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: MOTOROILKLUB2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

Etimad göstərdiyi üçün klubun administratoru Natiq bəyə təşəkkür edirik.

Şərhlər